Qurban Qurbanov: “Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”

Qurban Qurbanov: “Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”

Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək. “Qarabağ” “Molde”nin qonağı olacaq.

Oyundan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı matç gözləyir. Rəqibin özünəməxsus oyun sistemi var və bunu çox yaxşı icra edirlər. Əlbəttə ki, hər iki komandaya yaxşı nəticə lazımdır. Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu. Həm bunu, həm də meydan amilini düşünməliyik. Buradan yaxşı oyun və nəticə ilə dönmək üçün futbolçularım bu günə qədər göstərdikləri xarakterdən daha artığını etməlidirlər. Onlara inanıram, güvənirəm. Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da yeni müqavilə

Növbəti yazı

Marko Veşoviç: “Əlimdən gələni etməyə hazıram”