Qurban Qurbanov: “Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”

Qurban Qurbanov: “Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” Polşada “Lex”ə 0:1 hesabı ilə uduzub. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra mətbuat konfransında iştirak edib.

50 yaşlı mütəxəssis Poznandakı səfər matçı barədə fikirlərini açıqlayıb: “Rəqib bu gün məni təəccübləndirmədi. Sadəcə, onlardan daha çox hücum futbolu gözləyirdim. “Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Müəyyən çatışmazlıqlarımız ola bilər. Amma bugünkü oyundan razı qaldım. Səfərdə oynamağımıza baxmayaraq, daha çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq. Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab görüşündə çox dəyişiklik etmək fikrimiz yoxdur. Əksinə, meydanda etdiklərimizi daha da təkmilləşdirmək istəyirik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Hələ bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq”.

ETOPAZ

Əvvəlki yazı

Poznanda bir qol

Növbəti yazı

“Everton” Riçarlisona əvəzləyici tapdı