Qurban Qurbanov: “Komandada başqa itki yoxdur”

Qurban Qurbanov: “Komandada başqa itki yoxdur”

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları keçiriləcək. “Qarabağ” “Linkoln”u qəbul edəcək.

Matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Məlum olduğu kimi Musa əməliyyat olunub. Komandada başqa itki yoxdur. İstənilən halda ixtiyarımızdakı heyətlə oyunlara hazır olmalıyıq. Əlbəttə, bir məşqçi kimi əlavə futbolçuların olmasını istərdim. Gələcəkdə zədə, qırmızı vərəqə riski var. Orta xəttə oyunçu alınmasını düşünürük. Bir də hücum xəttinə transfer olarsa razı qalaram. “Sumqayıt” məlum səbəblərdən məğlub oldu. Cavab oyununda Samir Abasovun komandanı toparlaya biləcəyinə inanıram. Digər komandalarımız də yaxşı nəticə əldə etdi. “Sabah” və “Zirə” yaxşı oyunla qalib gəldi”.

ETOPAZ

Əvvəlki yazı

Dominqesdən uğurlu start

Növbəti yazı

Rassel diskvalifikasiya edildi