Qurban Qurbanov: “Hər iki komandada həyəcan var idi”

Qurban Qurbanov: “Hər iki komandada həyəcan var idi”

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilir. Təmsilçimiz “Qarabağ” “Viktoriya”nı qəbul edib.

Qolsuz keçən matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Mütəxəssis fikirlərini bölüşüb:

“Gərgin oyun oldu. Hər iki komandada həyəcan var idi. Amma düşünürəm ki, bu, olmalıydı. Çünki hər iki komanda bir-birini tam yaxından tanımırdı. Nə qədər biz TV vasitəsilə baxsaq da, rəqibi canlı hiss etmək başqadır. Çox intizamlı komandaya qarşı oynayırdıq. Müdafiədə birəbir oynamaqdan həzz alan komandadır. Buna baxmayaraq 3-4 yüz faizlik qol imkanlarımız oldu. Düşünülmüş hücumlar etdik. Futbolçulara çox səbrli olmağı tapşırmışdım və bunu gördüm. Rəqib həqiqətən də fiziki cəhətdən güclü idi. Həm əks-hücumlarda, həm də standart vəziyyətlərdə təhlükəli idilər. Buna baxmayaraq, müdafiədə düzgün oynamağı bacardılar. Qalır ikinci hissə. Çalışacağıq ki, cavab matçında daha güc sərf edək. Oyunçulardan razı qaldım. Neçə illərdi ÇL-də oynamırdılar. Ən böyük təcrübə, inam qazandılar. Azarkeşlərə təşəkkür edirəm”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan qolsuz sülh

Növbəti yazı

“Qarabağ” ölkəmizə xal qazandırdı