Qurban Qurbanov: “Futbolçularım meydanda ən yaxşısını etməyə çalışacaq”

Qurban Qurbanov: “Futbolçularım meydanda ən yaxşısını etməyə çalışacaq”

“Qarabağ” Avropa Liqasında növbəti matçını keçirəcək. Komandamız sabah 2-ci turda “Hakken”lə qarşılaşacaq.

Matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Hər iki komanda üçün çox vacib oyundur. Bəlkə də, ilk oyundakı 0:4 hesablı məğlubiyyət hamıda başqa fikir formalaşdırıb. Ancaq rəqibin oyunlarını yaxından analiz etdik. Özünəməxsus oyun üslubu var. Topa yaxşı yiyələnirlər. Bu komandaya qarşı diqqət olunmalıdı. Futbolçularım meydanda ən yaxşısını etməyə çalışacaq. Qarabağ hadisələri haqda ətraflı məlumat verməyə ehtiyac yoxdu. Hamının bu olaydan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdi. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Bizim öz azərbaycanlılarımız isə 30 ildən sonra doğma torpaqlarına qayıdırlar. Bizimkilər çox gözəl şəkildə digər ölkənin nümayəndələrini yola salırlar. Hamı görür ki, nə köməklik lazımdısa, edirlər. Onlar üçün çox rahat şərait yaradılıb və onlar öz ölkələrinə gedirlər. Bizim öz torpaqlarımızın geri qayıtmasına gəlincə, hamı bilir ki, biz Azərbaycanı təmsil edirik. Özümüzü oyunlarda rahat və yaxşı hiss edirik. Gözümüz, fikrimiz orda deyil. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandı.


Böyük təcrübəyə malikik. Neçə illərdi ki, Avropa Liqanın qrup mərhələsində oynayırıq. Məqsədimiz daha yaxşı olmaq, daha çox inkişaf etməkdi. Klub olaraq bunu çox istəyirik. Sadəcə, bəzən hər şeyə real baxmalıyıq. Bəzən olub ki, şanslarımız böyük olsa da, bundan istifadə edə bilməmişik. Şanslarımız az olan vaxtı isə bundan yararlanmışıq. Məqsədimiz minimum stabilliyi qoruyub-saxlamaq və gələcəkdə şərtlərə görə daha yaxşı, daha uğurlu nəticə əldə etməkdi”.

ETOPAZ

Əvvəlki yazı

Yusuf Yazıcı “Beşiktaş”ın hədəfində

Növbəti yazı

Abdullah Zubir: “Qarabağ” böyük klubdur”