Qurban Qurbanov: “Futbolçularım çox böyük zəfər qazandı”

Qurban Qurbanov: “Futbolçularım çox böyük zəfər qazandı”

Konfrans Liqasının qrup mərhələsinin IV turunun “Kayrat” (Qazaxıstan) – “Qarabağ” (Azərbaycan) oyunundan (1:2) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 49 yaşlı mütəxəssis Almatıda keçirilən matç barədə fikirlərini açıqlayıb:

“Çox yaxşı komandaya qalib gəldik. Hər iki oyunda 90 dəqiqə meydanda yaxşı mübarizə getdi. Bu gün qələbə həddən artıq vacib idi. Dünən də demişdim ki, bu matçda Bakıdakından daha yaxşı oynamalıyıq. Hava şəraitinə, meydançanın durumuna baxmayaraq, futbolçularım bütün çətinliklərə dözdü. Qalib gəlmək üçün ən yaxşısını etdilər. Burada da müdafiədə oturmadıq, daim irəli çıxmağa çalışdıq. Çünki “Kayrat”a bir az imkan verəndə topla çox yaxşı davranır və yaxşı oyun üslubları var. Hər iki komandanın qapısı qarşısında qol epizodları oldu. İstənilən halda futbolçular oyun nizam-intizamını qorumağa çalışdılar. Düşünürəm ki, futbolçularım çox böyük zəfər qazandı”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 05.11.2021

Növbəti yazı

“Qarabağ”dan tarixi uğur