Qurban Qurbanov: “Bizi qarşıda çox sıx qrafik gözləyir”

Qurban Qurbanov: “Bizi qarşıda çox sıx qrafik gözləyir”

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir. “Qarabağ” “Dinamo” ilə qarşılaşıb – 0:2.

Matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Əfsuslar olsun ki, məğlub olduq. Futbolçulara deyiləcək bir söz yoxdur. Onlar həm səfər, həm də ev oyununda çox əziyyət çəkdilər. Qol epizodlarımız oldu, istifadə edə bilmədik. Azarkeşlərimizə təşəkkür edirəm. Uduzsaq da, bizimlə oldular. Bu gün ilk hissədə qapımıza bir zərbə oldu, o da qolla nəticələndi. Rəqib futbolçulara daha yaxın oynamaq lazım idi ki, zərbəyə imkan verməyək. Müdafiəyə meylli komanda belə duellərdən qalib ayrılır. Bizdə fərqlidir. Elvin Cəfərquliyev, Mateus Silva ya başqaları hücuma çox meyllidirlər. Onlar oyunun 70-80 faizini hücumda keçirirlər. “Dinamo”dan 5 qol buraxıb, birini vura bilməmişiksə, nəyisə izah etmək düzgün çıxmaz. Müdafiədə səhvləri bir az azaltmalıyıq. Onsuz da axtarışdayıq. Bir transfer də etmişik. İki aydan çox idi ki, danışıqlar gedirdi. Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik. Bizi qarşıda çox sıx qrafik gözləyir. Avrokuboklar, milli oyunlar, çempionatımız var. Oyunların sayı çoxalır. Zədələrimiz arta bilər, rotasiyalara etməliyik”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” Avropa Liqasında

Növbəti yazı

“Neftçi”dən növbəti transfer