Qurban Qurbanov: “Belə oyunlarda bir səhv nəticəyə təsir edir”

Qurban Qurbanov: “Belə oyunlarda bir səhv nəticəyə təsir edir”

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. “Qarabağ” “Bayer”in qonağı olub – 2:3.

Oyundan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Futbolçularıma təşəkkür edirəm. Məğlub olsaq da, çox ağır oyunda futbolçularım sonadək mübarizə apardılar. Bizim gözəl azərbaycanlı azarkeşlərimizə təşəkkür edirəm. 3 min azarkeş bu gün bizimlə oldu. Komandaya böyük güc və arxa oldular. Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdilər. Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram. Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu. Avropa  futbolunun hansı səviyyədə olduğunu gördük. Belə rəqiblərə qarşı fiziki cəhətdən hazırlıqlı olmalıyıq. Belə oyunlarda bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Futbolçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün vacib idi”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” mübarizəni dayandırdı

Növbəti yazı

“Milan”dan ilk