Qurban Qurbanov: “Bakıdakı matça ciddi hazırlaşacağıq”

Qurban Qurbanov: “Bakıdakı matça ciddi hazırlaşacağıq”

Çempionlar Liqasının II təsnifat mərhələsidə “Qarabağ” ilk matçını keçirib. Komanda “Linkoln”la qarşılaşıb – 2:0.

Oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis Cəbəllütariqdəki qarşılaşmanı dəyərləndirib:

“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Topu istədiyimiz kimi ram edə bilmirdik. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

Millimizdən inamlı qələbə

Növbəti yazı

Mövqeyimiz dəyişməz qaldı