Qurban Qurbanov: “Bəzi risklərə getməliyik”

Qurban Qurbanov: “Bəzi risklərə getməliyik”

Konfrans Liqasında pley-off mərhələsinə start verilir. Təmsilçimiz “Qarabağ” sabah “Gent”i qəbul edəcək.

Oyundan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Çox vacib oyuna çıxırıq. İkinci dəfədir ki, pley-off mərhələsindəyik. Çox istəyərdik ki, keçənilkindən daha yaxşı oynayıb, daha yaxşı nəticə qazanaq. Bunun üçün sabah meydanda hər detalın düzgün istifadə olunmasına çalışacağıq. Bütün futbolçular buna hazırdır. Qarşımızdakı rəqibin özünəməxsus oyun üslubu var. Çox sürətli futbolçuları var, çox sürətli oynayırlar. 90 dəqiqə meydanda yaxşı pressinq edirlər. Məncə, maraqlı oyun alınacaq. Çox istəyirik ki, azarkeşləri yaxşı oyun, yaxşı nəticə ilə sevindirək. Bəzi risklərə getməliyik. Hər zonada diqqətli olmalıyıq. Çalışacağıq ki, yaxşı mübarizə aparıb, yaxşı nəticə əldə edək. İlk oyundur. Bəlkə matçın müəyyən hissəsində, müəyyən epizodlarda daha ehtiyatlı olmalıyıq. Çünki cavab görüşü var. Hər halda, sabahkı oyunu düşünürük. Azarkeşlərimizin qarşısında yaxşı mübarizə, yaxşı oyun göstərmək istəyirik”.

ETOPAZ

Əvvəlki yazı

Obameyanq “Barselona”ya dönmək niyyətində

Növbəti yazı

Marko Yankoviç: “Gent”ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq”