Qurban Qurbanov: “Aqressiv oynamağa çalışacağıq”

Qurban Qurbanov: “Aqressiv oynamağa çalışacağıq”

Konfrans Liqasının qrup mərhələsinin II turunun sabah keçiriləcək “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan) oyununa həsr olunan mətbuat konfransı təşkil olunub. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Yenidən burada olmağımız bizim üçün yaxşıdır. Qarşılaşdığımız hər komandanın öz fəlsəfəsi var. “Omoniya” çox yaxşı komandadır. Diqqətli olmalı, çox yaxşı oyun göstərməliyik. Kipr klublarını müqayisə etmək istəməzdim. Hər komanda fərqlidir, səviyyə çox yaxşıdır. “Omoniya”, bəlkə də, sabah bizə qarşı sürpriz sistemdə oynayacaq. Bizi təəccübləndirmək üçün fərqli çıxış edə bilərlər. Qələbə qazanmaq istəyirik, buna görə də aqressiv oynamağa çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

“Qızıl top”un sahibinin mükafatlandırılacağı tarix dəqiqləşdi

Növbəti yazı

Kevin Medina: “Məqsədimiz yaxşı oyun göstərməkdir