Qrin meydana döndü
“Qolden Steyt”in hücumçusu Dreymond Qrin zədəsini sağaldıb. O, belindəki problem səbəbindən sıradan çıxdıqdan iki ay sonra yenidən meydana qayıdıb.
Qrin “Vaşinqton”u 126:112 hesabı ilə məğlub etdikləri görüşdə 20 dəqiqə ərzində 6 xal, 7 ribaund və 6 assistlə yadda qalıb. O, meydana ehtiyat oyunçular skamyasından çıxıb.
Dreymondun qarşıdakı matçlara da ehtiyat oyunçular skamyasından başlayacağı və 20-23 dəqiqə oynayacağı gözlənilir.