Qrayms iki həftə olmayacaq
“Nyu-York”un yeni oyunçusu Quentin Qrayms xəsarət alıb. O, sağ dizindən aldığı zədə səbəbindən ən azı iki həftə meydana çıxa bilməyəcək.
Qrayms “Mayami” ilə oyunda (100:115) başqa bir basketbolçu ilə dizlərinin toqquşması nəticəsində zədələnib. “Kniks” müdafiəçinin vəziyyətini iki həftədən sonra qiymətləndirəcəklərini söyləyib.