Qordon klub axtarışında

Qordon klub axtarışında

“Hyuston”un basketbolçusu Erik Qordon komandasını dəyişmək qərarına gəlib. Hücumameylli müdafiəçi başqa klubla dəyişdirilməsini istəyir.

32 yaşlı oyunçu bununla bağlı klub rəhbərliyinə müraciət etməyə hazırlaşır. “Rokets” rəhbərliyi onu heyətində saxlamaq istəsə də, Qordon daha çox oynayacağı komanda axtarışındadır.

O, ötən mövsümdə hər oyunda 17,8 xal toplayıb. Erik 2017-ci ildə ən yaxşı altıncı oyunçu adını qazanıb. Bu mükafat NBA-da ən yaxşı əvəzləyiciyə verilir.

ETOPAZ

Əvvəlki yazı

Şventek rəqibini gözləyir

Növbəti yazı

“Mançester Yunayted”in qara siyahısı