“Qolden Steyt”dən qələbə

“Qolden Steyt”dən qələbə

NBA-da mövsümün final seriyasının 5-ci oyunu keçirilib. “Qolden Steyt” öz meydanında “Boston”u qəbul edib.

San-Fransiskodakı görüşdə meydan sahibləri qələbə qazanıb – 104:94 (27:16, 24:23, 24:35, 29:20). Qələbədə Uiqqins 26, Tompson 21, Karri 16 xalla pay sahibi olub.

Bu qələbədən sonra “Qolden Steyt” seriyada önə keçib. Kaliforniyalılar 3:2 hesabı ilə üstündür.

ETOPAZ

Əvvəlki yazı

Avstraliya DÇ-2022-də

Növbəti yazı

“Espanyol”da vida