“Qolden Steyt”dən 70 xallıq fərq

“Qolden Steyt”dən 70 xallıq fərq

“Qolden Steyt” qeyri-adi nəticə ilə NBA tarixinə düşüb. Komanda iki gün ərzində fərqli performans göstərib.

“Miluoki”yə 99:118 hesabı ilə uduzan “Uorriorz” ardınca “Cikaqo”nu 138:96 hesabı ilə məğlub edib. Ən maraqlısı isə kaliforniyalıların ilk yarıdan sonrakı böyük fasiləyə yollandığı fərqdir.

“Miluoki” ilə görüşdə ilk iki hissədən sonra 39 xal geridə olan komanda çikaqolularla matçda 31 xallıq üstünlük əldə edib. NBA tarixində heç bir komanda ardıcıl iki gün ərzindəki oyun arasında belə 70 xallıq fərqə nail olmayıb.

ETOPAZ

Əvvəlki yazı

Halanddan növbəti dubl

Növbəti yazı

Alaba finalda oynamayacaq