“Qolden Steyt” hesabı 1:1 etdi
NBA-nın 2021-22 mövsümünün pley-off mərhələsinin final seriyasının ikinci oyunu keçirilib. San-Fransiskoda baş tutan qarşılaşmada “Qolden Steyt” “Boston”u qəbul edib.
“Uorriors” “Seltiks”dən güclü olmağı bacarıb – 107:88. “Qolden Steyt”in qələbəsi ilə seriyada hesab bərabərləşib – 1-1.