“Qolden Steyt” azad agent axtarır

“Qolden Steyt” azad agent axtarır


“Qolden Steyt” NBA-nın yeni mövsümünün startı ərəfəsində heyətini gücləndirəcək. Kaliforniyalılar bunu azad agentlər hesabına gerçəkləşdirməyi planlaşdırır. “Uorriers”in maraq dairəsində olan Everi Bredli ilə müqavilə imzalana bilər. Müdafiəçi ötən mövsümdə iki klubda çıxış edib. O, “Mayami” və “Hyuston”da 27 matça çıxıb. Bredli orta hesabla hər matçda 6,4 xal toplayıb. “Qolden Steyt” Darren Kolisonla müqavilə bağlamağı da nəzərdən keçirir.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan “Atletiko”ya təklif

Növbəti yazı

200-cü qələbə