”Qızıl əlcək” mükafatının qalibi müəyyənləşdi
Premyer Liqada “Qızıl əlcək” mükafatının sahibi bəlli olub. Titulu “Arsenal”ın ispaniyalı qapıçısı David Rayya qazanıb.
O, mövsüm ərzində ən çox quru oyun keçirən qolkiper olub. Hazırda aktivində 14 belə matç olan Rayya digərləri üçün əlçatmazdır. Buna “Everton”un qapıçısı Cordan Pikfordun “Luton”la görüşdə qol buraxması səbəb olub.