Qilces-Aleksandr üçün mövsüm bitdi
“Tander”in oyunçusu Şey Qilces-Aleksandr 2021-22 mövsümünün qalan hissəsini buraxacaq. O, “Oklahoma”nın son dörd oyunun üçündə sağ topuğundakı ağrı səbəbindən oynamayıb.
Pley-offda iştirak etməyi iddia etməyən klub aparıcı oyunçunun sağlamlığını riskə atmamaq qərarına gəlib. Klubun müntəzəm mövsümün sonuna 7 oyunu qalıb.
Şeyin bu mövsüm 56 oyunda orta göstəriciləri 24,5 xal, 5,0 ribaund və 5,9 assistdir.