Qazol karyerasını bitirdi

Qazol karyerasını bitirdi

NBA-nın ikiqat çempionu Pau Qazol karyerasını bitirib. Bunu İspaniya millisində dünya və üçqat Avropa çempionu olan hücumçunun özü açıqlayıb.

41 yaşlı forvardın son turniri Tokio-2020 Yay Olimpiya Oyunları olub. 23 illik peşəkar karyerasına 1998-ci ildə başlayan Pau “Barselona” (1998-2001, 2021), “Memfis” (2001-08), “Leykers” (2008-14), “Çikaqo” (2014-16), “San-Antonio” (2016-19), “Miluoki” (2019) klublarında çıxış edib.

O, 2009-cu və 2010-cu illərdə NBA çempionu olub. Ümumilikdə burada 1226 oyun keçirən basketbolçu orta hesabla 17 xal toplayıb. “Leykers” klubda 6 mövsüm keçirən Qazolun geyindiyi 16 nömrəli formanı əbədiləşdirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan transferlər üçün 16 milyon avro

Növbəti yazı

Spalletti ayın məşqçisi seçildi