Qavi Premyer Liqa yolunda

Qavi Premyer Liqa yolunda

“Barselona”nın yarımmüdafiəçisi Qavi komandanı tərk edə bilər. Ona İngiltərə klublarından təkliflər var.

Təkliflərdən biri də “Liverpul”dur. Mersisaydlılar 17 yaşlı ispaniyalıya ildə 9 milyon avro ödəməyə hazırdır.

Qeyd olunur ki, yarımmüdafiəçinin özü və ətrafı Kataloniya klubu ilə müqaviləni uzatmaq istəyir. Lakin “Barselona” Qaviyə illik iki milyon avro maaş təklif edir ki, bu da futbolçunun və onun agenti İvan de la Penyanın tələbindən qat-qat azdır.

Bildirilir ki, Qavi illik maaş artımı ilə dörd illik müqavilə imzalamaq istəyir: birinci ildə dörd, ikinci ildə beş, üçüncü ildə altı milyon avro. “Barselona” rəhbərliyi isə bunu qəbul etmir.

ETOPAZ

Əvvəlki yazı

“İnter” “Fiorentina”nın müdafiəçisinə “elçi düşdü”

Növbəti yazı

“Mançester Yunayted” Nuneşi istəyir