Qavi “Liverpul”un hədəfində

Qavi “Liverpul”un hədəfində

“Barselona”nın yarımmüdafiəçisi Qaviyə daha bir müştəri çıxıb. 17 yaşlı futbolçu transfer pəncərəsində “Liverpul”a keçə bilər.

Mersisaydlılar “Barselona”nın yarımmüdafiəçisi Qavini transfer etmək üçün səylərini artırır. Futbolçu ilə komandanın orta sahəsini gücləndirmək istəyən baş məşqçi Yurgen Klopp şəxsən maraqlanır.

Hazırda gənc futbolçu müqavilənin uzadılması üçün “Barselona” ilə danışıqlar aparır. Lakin tərəflər hələlik razılığa gələ bilməyib.

Qavi bu mövsüm La Liqada “Barselona”nın heyətində 26 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” “Milan”ın oyunçusuna “elçi düşdü”

Növbəti yazı

Dəyişməz “Top-10”