“Qarabağ”la “Sabah” irəlilədi

“Qarabağ”la “Sabah” irəlilədi

Klubların dünya reytinqi açıqlanıb. İFFHS-in siyahısında Azərbaycanın üç komandası yer alıb.

Ən yaxşı təmsilçimiz “Qarabağ” 144,5 xalla 64-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 15 pillə irəliləyib. Azərbaycan çempionu “Çelsi”, “Tottenhem”, “Atletiko” kimi klubları qabaqlayıb.

64,5 xalı olan “Sabah” 286-cı yerdədir. Bakılılar 51 pillə irəliləyib.

“Neftçi” 13 pillə geriləyib. “Ağ-qaralar” 63,75 xalla 311-ci pillədədir.

405 klubun yer aldığı cədvələ “Mançester Siti” (312 xal) başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Zverev “Devis kuboku”nda oynamayacaq

Növbəti yazı

“Mayami”nin istədiyi hücumçu