“Qarabağ”ın rəqibi “Neftçi” oldu

“Qarabağ”ın rəqibi “Neftçi” oldu

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Son matçda “Neftçi” “Sumqayıt”ı qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Bu, özünü erkən doğruldub. Filip Ozobiç hesabı açıb. Lakin çox keçmədən qonaqlar oyunda dönüş yarada bilib. Roi Kehat adını tabloya yazdırıb – 1:1. Qoldan sonra “Sumqayıt” hücumlarını artırsa da, hesab dəyişməyib.

Beləliklə, ilk matçda 3:2 hesablı qələbə qazanan “Neftçi” yarımfinala yüksəlib. “Ağ-qaralar”ın bu mərhələdəki rəqibi “Qarabağ” olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ” yarımfinalda

Növbəti yazı

“Qarabağ” və “Neftçi” dünya reytinqində irəlilədi