“Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın rəqibi bəlli oldu

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. Mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Qurban Qurbanovun yetirmələri bu mərhələdə “Linkoln”la (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçını səfərdə keçirəcək.

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12 baş tutacaq. Cavab oyunları bir həftə sonra təşkil olunacaq.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” Rays üçün yenidən cəhd edəcək

Növbəti yazı

Qaltyeyə Fransadan müştəri