“Qarabağ”ın mümkün rəqibləri bəlli oldu

“Qarabağ”ın mümkün rəqibləri bəlli oldu

“Qarabağ”ın avrokubokların pley-offundakı rəqibi noyabrın 7-də bəlli olacaq. Həmin gün Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü atılacaq.

Avropa Liqasının G qrupunda üçüncü olan Azərbaycan çempionu mübarizəni Konfrans Liqasında davam etdirəcək. Təmsilçimiz püşkatmada səpəıənməmişlər səbətində olacaq.

“Qarabağ”ın mümkün rəqibləri isə Konfrans Liqasında qrup ikincisi olacaq 8 klubdur. Bu komandalar püşkdə səpələnmişlər olacaq.

Tədbir Bakı vaxtı ilə 17:00-da başlayacaq. “Qarabağ” bu raundda “Fiorentina”, “Lex”, “Anderlext”, “Partizan”, “Dnepr”, “Gent”, ÇFR və “Bazel”dən biri ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-offun oyunları 2023-cü il fevralın 16-da və 23-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Qarşıdakı illər üçün böyük təcrübə qazandıq”

Növbəti yazı

Azərbaycan mövqeyini qorudu