“Qarabağ”ın futbolçusu Fransada
“Qarabağ”ın futbolçusu İbrahima Vadji klubu dəyişib. O, Fransanın “Sent Etyen” komandasına transfer olunub.
Seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.