“Qarabağ”dan xal itkisi

“Qarabağ”dan xal itkisi

Azərbaycan Premyer Liqasında IV tur başa çatıb. Son oyun gününə “Azersun Arena”da yekun vurulub.

Ötən mövsümün çempionu “Qarabağ” öz meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşma erkən qolla başlayıb. Olavio Juninyo 9-cu dəqiqədə qonaqların qapısına yol tapıb.

Lakin matçın favoriti üstünlüyünü qoruya bilməyib. Gəncəlilər son dəqiqələrdə hesaba tarazlıq gətirib. Cavad Kərimov final fitinə 4 dəqiqə qalmış qol sevinci yaşayıb – 1:1.

Qeyd edək ki, növbəti turun matçları sentyabrın 1-3-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Musadan iki qol

Növbəti yazı

“Napoli” Amrabatı istəyir