“Qarabağ”dan tarixi qələbə

“Qarabağ”dan tarixi qələbə

Avropa Liqasında pley-off mərhələsinə start verilib. Təmsilçimiz “Qarabağ” “Braqa”nın qonağı olub.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Hesabı ağdamlılar açıb. Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. Hissənin sonlarında meydan sahibləri Simon Banza ilə bərabərliyə nail olub. Lakin “köhlən atlar” ikinci yarıda Portuqaliyada şou göstərib. Öncə Abdullah Zubir fərqlənibsə, ardınca Olavio Juninyo adını tabloya yazdırıb. Çox keçmədən Zubir dublunu rəsmiləşdirib. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb. Joao Moutinyo penaltidən fərqlənib – 2:4.

Bununla da, Portuqaliyada tarixi qələbə qazanan “Qarabağ” ev görüşünə böyük üstünlüklə çıxacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 22-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Tuxel üçün son şans

Növbəti yazı

Qurban Qurbanov: “Bu, hələ ilk hissədir”