“Qarabağ”dan səfər qələbəsi

“Qarabağ”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında XIV tura start verilib. Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matç Bakıda baş tutub.

Ötən mövsümün qızıl və gümüş mükafatçıları “Bank Respublika Arena”da üz-üzə gəliblər. “Sabah”la “Qarabağ”ın duelində bütün qollar ikinci hissəyə təsadüf edib.

Toral Bayramov və Nəriman Axundzadə iki dəqiqəlik ara ilə meydan sahiblərinin qapısına yol tapıblar. Cesse Sekidika bu toplardan birinin əvəzini dərhal çıxsa da, “Qarabağ” qələbə hesabını əldən verməyib.

Bununla da “Qarabağ” mövsümdə 9-cu qələbəsini qazanaraq ən azı iki günlük liderliyə yüksəlib.

1Qarabağ1492333-1329
2Zirə1383213-727
3Sumqayıt1363414-1421
4Səbail1363422-2121
5Araz-Naxçıvan1362515-1420
6Neftçi1353514-1218
7Sabah1444619-1916
8Turan Tovuz1343621-1815
9Kəpəz132387-249
10Qəbələ132297-238

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 10 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 6 qol, Pedro Nuno (“Səbail”) – 5 qol

ETOPAZ

Əvvəlki yazı

Müller “Bavariya”ya şərt qoydu

Növbəti yazı

Keyndən daha iki rekord