“Qarabağ”dan səfər qələbəsi

“Qarabağ”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub. Son oyun günündə 1 qarşılaşma baş tutub.

“Qəbələ” “Qarabağ”ı qəbul edib. Matç qonaqların üstünlüyü ilə başlayıb. Bu özünü hesabda erkən göstərib. Hamidu Keyta və Nəriman Axundzadənin qolları ilə ağdamlılar önə keçib – 2:0. Hissənin sonlarında Kevin Medina kobud oyuna görə qırmızı vərəqə ilə cəzalanıb. İkinci yarı isə “Qəbələ”nin üstünlüyü ilə keçib. 76-cı dəqiqədə Lukas Afriko fərqi minimuma endirib. Lakin meydan sahiblərinin bundan artığına gücü çatmayıb – 1:2.

ETOPAZ

Əvvəlki yazı

Maunt meydanlara dönür

Növbəti yazı

“Real”ın Alonso planı