“Qarabağ”dan məhsuldar heç-heçə

“Qarabağ”dan məhsuldar heç-heçə

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçına çıxıb.

Ağdam klubu Almaniya “Bayer”i ilə qarşılaşıb. Bundesliqanın məğlubedilməz lideri ilə görüş 2:2 hesabı ilə başa çatıb.

Təmsilçimiz fasiləyədək Yassin Benzia və Olavio Juninyonun qolları ilə böyük üstünlük qazanıb. Lakin 34 oyundur uduzmayan qonaqlar məğlubiyyətdən qaça bilib. Florian Virts və Patrik Şik hesaba tarazlıq gətirib – 2:2.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Gülər “Bayer”in hədəfində

Növbəti yazı

“Liverpul”, “Roma” və “Marsel”dən böyükhesablı qələbə