“Qarabağ”dan irəliləyiş

“Qarabağ”dan irəliləyiş

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb. Siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. “Qarabağ” 248 xalla 70-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri aktivini 23 xal artırıb. Ağdam klubu bununla da ötən siyahıdakı mövqeyini 4 pillə yaxşılaşdırıb.

27 xala malik “Neftçi” isə iki pillə geriləyib. Adrian Mutunun yetirmələri Avropada 241-cidir.

“Sabah” iki pillə geriləyib. Murad Musayevin baş məşqçisi olduğu komanda 20 xalla 264-cüdür. 

“Qəbələ” 7 pillə gerililəyib. Elmar Baxşıyevin yetirmələri 5 xalla 379-cüdür.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 21.12.2023

Növbəti yazı

“Zirə”dən əzmkar qələbə