“Qarabağ”dan ikinci sülh
“Qarabağ” növbəti yoxlama oyununu keçirib. Çempionlar Liqasına Avstriyada hazırlaşan Ağdam klubu Rumıniyanın yüksək liqa təmsilçisi “Universitatya Krayova” ilə qarşılaşıb.
Bu, Qurban Qurbanovun yetirmələrinin gün ərzində ikinci sınağı olub. Öncə Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Holştayn Kiel”lə 2:2 hesablı heç-heçə edən “Qarabağ” yenə meydandan sülhlə ayrılıb.
Matçdakı hər iki qol ilk 45 dəqiqədə vurulub. Öncə Filip Ozobiç hesabı açsa da, rumıniyalılar məğlubiyyətdən qaçıb – 1:1.
Qeyd edək ki, “Qarabağ” bunadək “Botoşani” (Rumıniya) ilə görüşüb və 4:0 hesabı ilə qalib gəlib.