“Qarabağ”dan böyükhesablı qələbə

“Qarabağ”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib. İlk oyun günündə mərkəzi qarşılaşma baş tutub.

“Neftçi” “Qarabağ”ı qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə keçib. Hesab ilk hissədə açılıb. Kadi Borqes fərqlənib. İkinci yarı da eyni ssenari ilə davam edib. 60-cı dəqiqədə Abdullah Zubir, 67-də isə Ramil Şeydayev adlarını tabloya yazdırıb. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə Kadi Borqes qoyub – 4:0.

Qeyd edək ki, turun digər matçları dekabrın 3-4-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Qanadan antirekord

Növbəti yazı

Kamerun Braziliyanı məğlub etdi