“Qarabağ”dan böyükhesablı qələbə

“Qarabağ”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. Turun son günündə iki qarşilaşma baş tutub.

Öncə Bakı derbisində “Sabah” “Səbail”i qəbul edib. Turnir cədvəlinin ikinci yarısında qərarlaşanların duelində bir qol həlledici olub. Kristian Sebalyos “Sabah”a üç xal qazandıran qola imza atıb – 1:0.

Günə mərkəzi oyunla yekun vurulub. Milli komandaların görüşləri ilə əlaqədar fasilə ərəfəsindəki son matçda “Zirə” “Qarabağ”ı qəbul edib. İlk “üçlük”də qərarlaşan komandaların duelində 3 qol vurulub. Ramil Şeydayev bir, Kadi Borqes iki qol vuraraq Ağdam klubuna böyükhesablı qələbə qazandırıb – 3:0. Bu matç Şahruddin Məhəmmədəliyevin bu il, Bədavi Hüseynovun cari mövsümdə ilk dəfə meydana çıxması ilə əlamətdar olub.

Qeyd edək ki, tutun ilk günündə “Keşlə” – “Sumqayıt” (1:1) və “Neftçi” – “Qəbələ” (4:0) qarşılaşmaları keçirilib.

ETOPAZ

Əvvəlki yazı

“Real”ın yetirməsi “Barselona”nın hədəfində

Növbəti yazı

Noyerdən Bundesliqa rekordu