“Qarabağ”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında XXV tur başa çatıb. Son oyun günü Azərbaycan derbisi ilə başa çatıb.
“Neftçi” öz meydanında “Qarabağ”la qarşılaşıb. Matçdakı bütün qollar ikinci hissədə vurulub.
Ağdam təmsilçisi Nəriman Axundzadə və Toral Bayramovun qolları ilə hesabda üstünlük qazanıb. Bakı klubu yalnız Filip Ozobiçin penaltisi ilə fərqi azaltmağa nail olub. Ağdamlılar uzatma dəqiqələrində Toral Bayramovun dublunu rəsmiləşdirməsi ilə fərqi iki topa çatdırıblar. Ardınca isə Leandro Andrade qol sevinci yaşayıb. Beləliklə “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, növbəti – XXVI turun oyunları martın 8-10-da keçiriləcək.