“Qarabağ”dan 5 qol

“Qarabağ”dan 5 qol

Azərbaycan Premyer Liqasında bir oyun keçirilib. XVI turdan təxirə salınmış matçda “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

Ölkə çempionu titulunu təmin edən meydan sahiblərinə qonaqları böyük hesabla məğlub edib. Artıq fasiləyədək Filip Ozobiç, Patrik Andrade, Kadi Borqes və Vadji İbrahima hərəyə bir qol vurub. İkinci hissədə yalnız bir dəfə fərqlənən Qurban Qurbanovun komandasında Kadi dublunu rəsmiləşdirib. Beləliklə, ağdamlılar 5:0 hesablı ev qələbəsi ilə xal aktivini 63-ə çatdırıb.

Qeyd edək ki, növbəti turun oyunları mayın 15-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Ten Haqın xələfi

Növbəti yazı

Günün kuponu – 13.05.2022