“Qarabağ”a 8 mümkün rəqib
Konfrans Liqasında pley-offun 15 iştirakçısı müəyyənləşib. Sonuncu vəsiqə “Tottenhem” və “Renn” arasında təxirə salınan matçdan sonra sahibini tapacaq.
Pley-offun püşkü dekabrın 13-də atılacaq. Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qrup mərhələsində ikinci yeri tutanlar püşkatmada səpələnmiş olacaq. Avropa Liqasının qrup üçüncüləri isə səpələnməmişlər sırasında yer alacaq. Azərbaycan təmsilçisi “Qarabağ” səpələnənlərdən biridir. Ağdam klubu Avropa Liqasından gələn 8 klubdan biri ilə qarşılaşacaq.
Səpələnmişlər
“Bodo Qlimt”
“Makkabi” Təl-Əviv
PAOK
“Partizan”
“Qarabağ”
“Randers”
“Slaviya” Praqa
Səpələnməmişlər
“Seltik”
“Fənərbaxça”
“Lester”
“Marsel”
PSV
“Midtülland”
“Rapid”
“Sparta”