“Qarabağ” “Rakuv”u keçə bilmədi

“Qarabağ” “Rakuv”u keçə bilmədi

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Polşa “Rakuv”unu qəbul edib. Səfərdə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Bakı Olimpiya Stadionuna qələbə üçün çıxıb.

Qarşılaşma “Qarabağ”ın üstünlüyü ilə keçib. Matçdakı qollar ikinci hissəyə təsadüf edib. Fasilədən az sonra Fran Tudor “Rakuv”u hesabda önə keçirib.

52-ci dəqiqədə buraxılan qoldan sonra rəqib qapısına təzyiqi artırıb. Cəmi 8 dəqiqə məğlub durumda olan ağdamlılar Redon Cicanın qolu ilə hesabda tarazlıq yaradıb. Səfərdəki oyunda dubla imza atan forvardın “Rakuv”la duellərdə 3-cü qolunu vurub. Bu topdan sonra da hücumlarına ara verməyən “Qarabağ” qələbə qolu üçün böyük qüvvə ilə irəli atılıb. Lakin çempionumuzun səyləri 2-ci qolu vurmaq üçün yetərli olmayıb. Beləliklə, 1:1 hesablı heç-heçədən sonra “Rakuv” mərhələ adlayıb, “Qarabağ” isə Avropa Liqasına düşüb.

Qeyd edək ki, çempionumuzun bu turnirin III təsnifat mərhələsindəki rəqibi “Molde” – HİK matçında müəyyənləşəcək. Norveç və Finlandiya çempionlarının duelində uduzan tərəf Avropa Liqasında “Qarabağ”a rəqib olacaq.

ETOPAZ

Əvvəlki yazı

Emreli Çempionlar Liqasında qol vurdu

Növbəti yazı

Adrian Mutu: “Məqsədimiz növbəti mərhələyə adlamaqdır”