Emreli Çempionlar Liqasında qol vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Çempionlar Liqasında növbəti qolunu vurub. 26 yaşlı hücumçu Zaqreb “Dinamo”sunun “Astana” ilə matçında fərqlənib.
O, II təsnifat mərhələsinin səfərdəki cavab görüşündə qol sevinci yaşayıb. 24-cü dəqiqədə rəqib qapısına yol tapan Emreli hesabı açıb. Onun komandası Qazaxıstanda 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Xorvatiya çempionu evdəki ilk matçda da qalib gəlib – 4:0.