Azərbaycan Premyer Liqasında XVII tur start götürüb. Turun ilk günündə 2 oyun baş tutub.
Şamaxıda eyniadlı komanda “Zirə” ilə görüşüb. Qarşılaşma qolsuz sülhlə nəticələnib.
Bakıda “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib. Matçın taleyini bir top həll edib. Penaltidən fərqlənən Ramil Şeydayev ağdamlılara 3 xal qazandırıb.
Bu qələbə ilə “Qarabağ” qış çempionu olub. Qurban Qurbanovun yetirmələrinin qış fasiləsinə 1-ci pillədə yollanacağı rəsmiləşib.
1 | Qarabağ | 17 | 15 | 2 | 0 | 45-8 | 47 |
2 | Sabah | 16 | 12 | 3 | 1 | 32-11 | 39 |
3 | Neftçi | 16 | 10 | 2 | 4 | 31-19 | 32 |
4 | Zirə | 17 | 8 | 3 | 6 | 18-22 | 27 |
5 | Qəbələ | 17 | 7 | 3 | 7 | 20-18 | 24 |
6 | Turan Tovuz | 16 | 4 | 4 | 8 | 11-21 | 16 |
7 | Şamaxı | 17 | 2 | 7 | 8 | 14-25 | 13 |
8 | Səbail | 16 | 2 | 4 | 10 | 13-25 | 10 |
9 | Kəpəz | 16 | 2 | 4 | 10 | 12-31 | 10 |
10 | Sumqayıt | 16 | 1 | 6 | 9 | 8-24 | 9 |
Bombardirlər:
Ramil Şeydayev (“Qarabağ”) – 13 qol
Musa Qurbanlı (“Qarabağ”) – 11 qol
Emin Mahmudov (“Neftçi”) – 9 qol
Coy Lens Mikels (“Sabah”) – 7 qol