“Qarabağ” ölkəmizə xal qazandırdı

“Qarabağ” ölkəmizə xal qazandırdı

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Birinci matçda “Viktoriya” (Plzen) ilə 0:0 hesablı heç-heçə edən “Qarabağ” Azərbaycanın hesabına növbəti xalları yazdırıb.

Bununla cari mövsümün qazancı – 2,000-a yüksəlib. Son beş mövsümün nəticələrinə görə hesablanan əmsalımız 14,625-dir. Azərbaycan Avropada 29-cu pillədə qalıb. 28-ci olan Polşa ilə ölkəmizin fərqi 1,250-yə düşüb. 30-cu yerdə qərarlaşan Qazaxıstanın isə avrokuboklarda təmsilçisi qalmadığı üçün Azərbaycan onlar üçün əlçatmazdır.

Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Hər iki komandada həyəcan var idi”

Növbəti yazı

“Vulverhempton”dan rekord transfer