“Qarabağ” “Neftçi”ni məğlub etdi

“Qarabağ” “Neftçi”ni məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında IX tur başa çatıb. I dövrənin son turuna Azərbaycan derbisi ilə yekun vurulub.

Son çempion “Qarabağ” səfərdə “Neftçi” ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlarla keçən görüşün ilk yarısı qolsuz bitib. Fasilədən sonra Ağdam klubu hesabı açıb. Çempionatın bombardiri Olavio Juninyo qonaqların qapısına yol tapıb – 1:0.

Matçın sonlarında Redon Cica ağdamlıların üstünlüyünü iki topa çatdırıb. “Qarabağ” 2:0 hesablı qələbə qazandırıb. Ağdam klubu bununla da I dövrəni “Zirə” ilə şərikli lider kimi başa vurub.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”dan ev qələbəsi

Növbəti yazı

Millimizin heyəti açıqlandı