“Qarabağ” mübarizəni dayandırdı
Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. “Qarabağ” “Bayer”in qonağı olub.
2:2 hesablı bərabərliklə bitən matçın davamı “BayArena”da baş tutub. Almaniyalılar oyuna fəal başlayıb. Lakin hesabı “Qarabağ” açıb. Ağdamlılar Abdullah Zubirin qolu ilə önə keçib. Çox keçmədən Elvin Cəfərquliyev qırmızı vərəqə ilə cəzalanaraq, komandanı azlıqda qoyub. Buna baxmayaraq, “köhlən atlar” Olavio Juninyo ilə fərqi 2 topa çatdırıb. Matçın sonluğu olduqca dramatik keçib. Ceremi Frimponq fərqi minimuma endirib. Ardından Patrik Şik əlavə vaxtda vurduğu iki qolla komandasını növbəti mərhələyə daşıyıb – 3:2.