“Qarabağ” “Marsel”lə qarşılaşacaq

“Qarabağ” “Marsel”lə qarşılaşacaq

“Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi bəlli olub. Ağdam klubunun rəqibi Konfrans Liqasının pley-off mərhələsinin bugünkü püşkatmasında müəyyənləşib.

Tədbirdə 8 cütün tərkibi dəqiqləşib. “Qarabağ” Fransanın “Marsel” klubu ilə qarşılaşacaq. Avropa Liqasında qrup üçüncüsü olan rəqiblə ilk qarşılaşma Marseldə, cavab görüşü Bakıda baş tutacaq. Bu oyunlar gələn il fevralında keçiriləcək.

Konfrans Liqası

Pley-off

Konfrans Liqası
Pley-off
“Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan)
PSV (Niderland) – “Makkabi” (Təl-Əviv, İsrail)
“Fənərbaxça” (Türkiyə) – “Slaviya” (Çexiya)
“Midtülland” (Danimarka) – PAOK (Yunanıstan)
“Lester” (İngiltərə) – “Randers” (Danimarka)
“Seltik” (Şotlandiya) – “Bodo Qlimt” (Norveç)
“Sparta” (Çexiya) – “Partizan” (Serbiya)
“Rapid” (Avstriya) – “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. Qrup qaliblərinin birbaşa yüksəldiyi 1/8 finalın püşkü fevralın 25-də atılacaq.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasının püşkatması yenidən keçiriləcək

Növbəti yazı

Çempionlar Liqasında püşk yenidən atıldı