“Qarabağ” “Mançester Yunayted”i geridə qoydu

“Qarabağ” “Mançester Yunayted”i geridə qoydu

Sentyabr ayı üçün klubların reytinq siyahısı açıqlanıb. İFFHS-nin tərtib etdiyi cədvəldə Azərbaycan çempionu “Qarabağ” 182,75 xalla 52-ci sırada qərarlaşıb.

Qurban Qurbanovun komandası bu göstərici ilə “Qalatasaray”, “Mançester Yunayted” və “Napoli” kimi klubları geridə qoyub.

Ölkəmizin digər klubu “Zirə” 91,25 xalla 211-cidir. “Sabah” (59 xal) 428-ci, “Neftçi” (53,5 xalla) 482-cidir.

Qeyd edək ki, siyahıya 403 xalla Madrid “Real”ı başçılıq edir. “Mançester Siti” (368 xalla) ikinci, “Bayer” (353 xal) isə üçüncüdür.

ETOPAZ

Əvvəlki yazı

Poçettinonun yeni iş yeri bəlli oldu

Növbəti yazı

İlk turun hakimləri bəlli oldu