“Qarabağ” Konfrans Liqasının pley-offunda

“Qarabağ” Konfrans Liqasının pley-offunda

Avropa Liqasında qrup mərhələsinin son turuna start verilib. Təmsilçimiz “Qarabağ” da növbəti görüşünə çıxıb.

Ağdamlılar “Frayburq”u qəbul edib. Qarşılıqlı hücumlarla keçən matçda hesab ilk hissədə açılıb. Qonaqlar topu qapımızdan keçirib – 0:1. İkinci yarı isə komandamız üçün uğursuz başlayıb. “Qarabağ”ın müdafiəçisi Kevin Medina birbaşa qırmızı vərəqə alaraq “köhlən atlar”ı azlıqda qoyub. Lakin ağdamlılar hücumlarını davam etdirib və oyunun əsas vaxtına artılıran ilk dəqiqədə hesabı bərabərləşdirə bilib. Toral Bayramovun ötürməsini Ovusu Kvabena qolla tamamlayıb – 1:1.

Qrupun paralel keçən matçında “Nant” “Olimpiakos”u məğlub edib – 2:0. Fransalıların qələbəsi “Qarabağ”ın qrup üçüncüsü olmasına səbəb olub. Belə olan halda ağdamlılar yolunda Konfrans Liqasının pley-offunda davam edəcək.

ETOPAZ

Əvvəlki yazı

Sonun durumuna aydınlıq gəldi

Növbəti yazı

Qurban Qurbanov: “Qarşıdakı illər üçün böyük təcrübə qazandıq”