“Qarabağ” fasiləyə qələbə ilə yollandı

“Qarabağ” fasiləyə qələbə ilə yollandı

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısı başa çatıb. XIV turun son oyun günündə iki matç keçirilib.

Çempionatın autsayderi “Səbail” öz meydanında “Sabah”ı qəbul edib. Üç cavabsız qol vuran qonaqlar böyük hesabla qalib gəlib. Bu qələbədən sonra “Sabah” 17 xalla 5-ci sıraya yüksəlibsə, sonuncu olan “Səbail” 10 xala malikdir.

2021-ci ilin son qarşılaşmasında “Qarabağ” “Zirə”ni sınağa çəkib. Çempionatın lideri bu görüşdə də qalib gəlib – 2:0. Ağdam təmsilçisinin 20 yaşlı hücumçusu Musa Qurbanlı mövsümdə üçüncü dubluna imza atıb. Xal hesabını 33-ə çatdıran “Qarabağ” qış fasiləsinə 7 xallıq üstünlüklə yollanıb. 22 xala malik “Zirə” 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun ilk günündə “Keşlə” səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə yenib, “Qəbələ” – “Neftçi” görüşündə heç-heçə qeydə alınıb – 1:1.

ETOPAZ

Əvvəlki yazı

“Lester” – “Tottenhem” matçı təxirə salındı

Növbəti yazı

Millətlər Liqasının püşkü atıldı: Millimizin rəqibləri bəlli oldu